- Dünyanın halı
- 21 May 2019 19:57
- 1 127
Tereza Mey “Brexit”lə bağlı yeni razılaşmanı açıqlamaq niyyətindədir
Təfərrütlar hökumət başçısı ilə nazirlər arasında danışıqlardan sonra məlum olacaq
Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit”lə bağlı yeni razılaşmanın detallarını açıqlamaq niyyətindədir.
Hökumət başçısı ilə nazirlər arasında danışıqlardan sonra məlum olacaq həmin təfərrütlar işçi hüquqlarının müdafiəsi, ətraf mühitin mühafizəsi, İrlandiya ilə sərhəd zolağındakı qaydalar üzrə öhdəliklərlə bağlıdır.
Qeyd edək ki, T.Mey Avropa İttifaqı üzvlüyündən çıxmaqla bağlı hər kəsi qane edə biləcək razılaşmaya nail olmaq üçün dördüncü dəfədir cəhd göstərir. (report)
AzNews.az