Suriyadakı kimyəvi hücumların hamısı Əsəd rejimi tərəfindən edilib Suriyadakı kimyəvi hücumların hamısı Əsəd rejimi tərəfindən edilib

ABŞ Bəşər Əsədi hədələdi - "Kimyəvi silahdan istifadə edərsə..."

Suriyadakı kimyəvi hücumların hamısı Əsəd rejimi tərəfindən edilib

ABŞ-ın Dövlət Katibliyi Bəşər Əsəd rejiminin Suriyanın şimal-qərbində yeni kimyəvi hücumlar etdiyini aşkarlayıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, katibliyin sözçüsü Morqan Ortaqus Suriya ilə bağlı yazılı açıqlama verib.

“Təəssüf ki, 19 may 2019-cu ildə Suriyanın şimal-qərbində xlor qazlı hücum da daxil olmaqla Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi ilə bağlı işarələr görməyə davam edirik. Bu hadisə ilə bağlı məlumat toplayırıq. Əsəd rejimi kimyəvi silahdan istifadə edərsə, ABŞ və müttəfiqlərinin cəld və uyğun cavab verəcəyinə dair xəbərdarlığımızı təkrarlayırıq”. Ortaqus belə deyib.

Sözçü 19 mayda edilən hücumun Suriyanın müxtəlif bölgələrindəki atışmalardan qaçan və İdlibə sığınan qaçqınları hədəfə aldığını qeyd edib.

Morqan Ortaqus sözlərinə belə davam edib:

“Rejim Suriyanın şimal-qərbindəki hücumlarını dayandırmalıdır. ABŞ prezident Donald Tramp tərəfindən 2018-ci ilin sentyabrında edilən xəbərdarlığı təkrarlayır. İdlibdə gərginliyi azaltma bölgəsinə edilən hücum, bölgəni qeyri-sabitliyə sürükləyəcək düşüncəsiz gərginlik olar”.

Ortaqus Əsəd rejiminin 24 noyabr 2018-ci ildə Hələb yaxınlığındakı müxalifləri günahlandırmaq üçün kimyəvi hücum etdiyini uydurduğunu qeyd edib:

“Rusiya və Əsəd rejimi, kimyəvi hücumlarını haqlı çıxarmaq üçün bu cür yalan iddialar ortaya atır. Doğrular ortadadır. BMT-nin təkrar-təkrar gəldiyi nəticəyə görə, Suriyadakı kimyəvi hücumların hamısı Əsəd rejimi tərəfindən edilib”.

Pərvanə Ağazadə

AzNews.az

image description