Kambocada ölümlə nəticələnən yol qəzalarının sayı yüksəkdir Kambocada ölümlə nəticələnən yol qəzalarının sayı yüksəkdir

Kambocada avtomobil qəzasında iki çinli turist öldü

Kambocada ölümlə nəticələnən yol qəzalarının sayı yüksəkdir

Kambocanın Bantey Minçey vilayətində baş verən yol qəzasında 2 çinli turist ölüb.

Bu barədə yerli polis məlumat yayıb. İçərisində çinli turistlərin olduğu taksi yük avtomobili ilə toqquşub. Çinli turistlər hadisə yerində, taksi sürücüsü isə xəstəxanaya aparılarkən yolda ölüb.

Qeyd edək ki, Kambocada ölümlə nəticələnən yol qəzalarının sayı yüksəkdir.

Ötən il baş verən qəzalarda 1761 nəfər ölüb, 4771 nəfər müxtəlif dərəcədə xəsarət alıb.(AZƏRTAC)

AzNews.az