Kolomoyski "Privatbank"dakı payını geri istədi

Mənə o puldan səhm verin

Ukraynalı iş adamı İqor Kolomoyski Ukrayna mətbuatına müsahibəsində bildirib ki, o, öz payını milliləşdirilmiş "Privatbank"dan geri qaytarmaq istəyir.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Kolomoyski vurğulayıb ki, "Privatbank"a yatırılan pulların qaytarılması üçün ilk növbədə bankda onun kapitalını bərpa etmək və ona məxsus olan məbləği müəyyənləşdirmək lazımdır.

"Məsələn, əgər onlar (Ukrayna hökuməti) ora qoyduqları pulu götürə bilmirlərsə, onda bir seçimim var — 50 milyard qrivnamı hesablayın, orada 160 milyardınız var — mənə o puldan səhm verin", — Kolomoyski variantını təklif edib.

O, əlavə edib ki, əgər yenidən Bankın sahibi olarsa, digər rəhbərlərlə birgə çalışacaq.

Əvvəllər bildirilirdi ki, "Privatbank" Kolomoyskiyə qarşı məhkəmə iddiası qaldırıb.

Babək Göyüş

AzNews.az