İyunun əvvəlindən indiyədək Ukrayna sularında 103 nəfər boğularaq həlak olub İyunun əvvəlindən indiyədək Ukrayna sularında 103 nəfər boğularaq həlak olub

Ukraynada hər gün 10 nəfər suda boğulur

İyunun əvvəlindən indiyədək Ukrayna sularında 103 nəfər boğularaq həlak olub

Bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Təkcə ötən sutka ərzində 10 nəfər Ukrayna sularında boğulub. Bu il ərzində isə Ukrayna sularında 379 nəfər boğulub ki, onlardan 42-si uşaq olub.

Dövlət Xidməti belə halların baş verməməsi üçün çimərlik ərazilərində fəaliyyət göstərən obyektlərdə yoxlamalara başlayıb. Bununla yanaşı, vətəndaşların çimərlik mövsümündə təhlükəsizlik qaydalarına əməl etmələri ilə bağlı ictimai müzakirələr keçirilir.(AZƏRTAC)

AzNews.az