Hazırda daha 40 uşaq oxşar simptomlarla reanimasiyadadır Hazırda daha 40 uşaq oxşar simptomlarla reanimasiyadadır

Hindistanda 53 uşaq meyvədən zəhərlənərək öldü

Hazırda daha 40 uşaq oxşar simptomlarla reanimasiyadadır

Hindistanın şimal rayonlarında son 10 gündə liçi meyvəsini yedikdən sonra 53 uşaq ölüb.

Bu barədə RİA "Novosti" xəbər verir.

Yerli Səhiyyə Xidmətlərinin məlumatına görə, bütün ölüm halları bu ağaclarla dolu bağların olduğu Bihar ştatının Müzəffərpur vilayətində qeydə alınıb. Yoluxmuş insanların hamısında kəskin ensefalit sindromunun simptomları, eləcə də qanda qlükoza səviyyəsinin kəskin düşməsi müşahidə olunub. Bu isə liçinin tərkibindəki toksinlərin uşaqların orqanizminə düşməsinin nəticəsi ola bilər.

Hazırda yetkinlik yaşına çatmayan daha 40 uşaq oxşar simptomlarla reanimasiyadadır, həkimlər onların həyatları üçün mübarizə aparırlar.(report.az)

AzNews.az