Məlumatı yerli hakimiyyət nümayəndələri yayıb Məlumatı yerli hakimiyyət nümayəndələri yayıb

Əfqanıstanda növbəti partlayış - 8 nəfər öldü

Məlumatı yerli hakimiyyət nümayəndələri yayıb

Əfqanıstanın Cəlalabad şəhərində partlayışın törədilməsi nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb.

"RİA Novosti” xəbər verir ki, məlumatı yerli hakimiyyət nümayəndələri yayıb.

Bildirilib ki, hadisə iyunun 13-də Əfqanıstanın Nanqarhar əyalətinin Cəlalabad şəhərində baş verib.

Məlumata görə, partlayışı terrorçu-kamikadze törədib.

Bir müddət əvvəl nəzarət-buraxılış məntəqəsi yaxınlığında partlayışın baş verməsi barədə xəbər yayılmışdı.(oxu.az)

AzNews.az