Hazırda sabiq hökumət başçısı Əbdülmalik Sellal təcridxanada saxlanılır Hazırda sabiq hökumət başçısı Əbdülmalik Sellal təcridxanada saxlanılır

Əlcəzairin daha bir sabiq baş naziri tutuldu

Hazırda sabiq hökumət başçısı Əbdülmalik Sellal təcridxanada saxlanılır

Əlcəzair məhkəməsi ölkənin sabiq baş naziri Əbdülmalik Sellalın həbs olunması barədə qərar qəbul edib.

Sky News Arabia telekanalı xəbər verir ki, hazırda sabiq hökumət başçısı Əbdülmalik Sellal təcridxanada saxlanılır.

Bir gün əvvəl isə Əlcəzairin digər sabiq baş naziri Əhməd Uyahi həbs olunmuşdu. Hər iki məmur ölkənin sabiq prezidenti Əbdüləziz Buteflika zamanında dəfələrlə hökumətə rəhbərlik edib.

Xatırladaq ki, aprelin 2-də Əbdüləziz Buteflika uzun sürən xalq etirazı və ordunun təzyiqi altında prezident postundan istefa verib. Hazırda Əlcəzairdə korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi və xidməti vəzifədən sui-istifadə işləri üzrə bir neçə səs-küylü məhkəmə prosesi davam edir.(AZƏRTAC)

AzNews.az