Yaşayış məntəqələrinə motosikletlə gələn silahlılar fermerlərə hücum ediblər Yaşayış məntəqələrinə motosikletlə gələn silahlılar fermerlərə hücum ediblər

Nigeriya kəndlərinə silahlı hücum - 35 nəfər öldü

Yaşayış məntəqələrinə motosikletlə gələn silahlılar fermerlərə hücum ediblər

Nigeriyada naməlum silahlıların kəndlərə hücumu zamanı onlarla insan həlak olub, xeyli sayda insan yaralanıb.

"Anadolu" agentliyi xəbər verir ki, hadisə Zamfara əyalətinin Kvallido, Tunqar Kahau və Gidan Vava kəndlərində baş verib.

Yaşayış məntəqələrinə motosikletlə gələn silahlılar fermerlərə hücum ediblər. Nəticədə 35 nəfər həlak olub, xeyli sayda insan yaralanıb.

Qeyd edək ki, son günlər Nigeriyada silahlı şəxslərin motosikletlərlə dinc sakinlərə hücumu ilə əlaqədar ölkənin bəzi vilayətlərində motosikletdən istifadə qadağan edilib. Bəzi bölgələrdə tez-tez fermerlərlə çobanlar arasında silahlı qarşıdurmalar baş verir.

Bir neçə gün əvvəl silahlılar 8 kəndi qarət edərək 62 nəfəri öldürüblər.(report.az)

AzNews.az