Hücum ya torpedo, ya da maqnit minaları vasitəsilə edilib Hücum ya torpedo, ya da maqnit minaları vasitəsilə edilib

Hücumun arxasında SEPAH dayanıb – İsrail kəşfiyyatı

Hücum ya torpedo, ya da maqnit minaları vasitəsilə edilib

İsrail kəşfiyyatı belə bir qənaətə gəlib ki, Oman körfəzində tankerlərə hücumu İran təşkil edib.

Bu barədə İsrailin “Kanal 13” televiziyası informasiya yayıb.

Telekanalın İsralin təhlükəsizlik orqanlarındakı yüksək çinli rəsmiyə istinadən verdiyi məlumata əsasən, hücumun arxasında İran İslam İnqilabı Keşikçiləri Korpusu dayanıb və hücum ya torpedo, ya da maqnit minaları vasitəsilə edilib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Pompeo da hücumun məsuliyyətini İranın daşıdığını bildirmişdi. (Axar.az)