Onların növbəti ünvanı Litvadır Onların növbəti ünvanı Litvadır

Miqrantlar daha bir avropa ölkəsinə getməyi üstün tuturlar

Onların növbəti ünvanı Litvadır

Litvaya 2019-cu ilin ötən dövründə 19 minə yaxın miqrant gəlib.

Son 4 ayda ölkəyə gələnlərin sayı ölkəni tərk edənlərin sayından çox olub. Lakin miqrantların məhz hansı ölkələrdən gəldiyi barədə məlumat verilməyib.

Ölkədə aparılan sorğular nəticəsində məlum olub ki, yerli əhalinin yalnız 35 faizi başqa millətlərə müsbət yanaşır. 46 faiz onlara sadəcə dözdüyünü, 14 faiz isə miqrant axınına qarşı olduğunu deyib.

Litva hökuməti 2021-ci ildən üçüncü ölkələrdən gələn miqrant sayına kvota tətbiq etməyi razılaşdırıb.(AZƏRTAC)

AzNews.az