Dəfn mərasimində Mursinin ailə üzvləri və vəkillərindən başqa heç kəs iştirak etməyib Dəfn mərasimində Mursinin ailə üzvləri və vəkillərindən başqa heç kəs iştirak etməyib

Məhəmməd Mursi dəfn olundu

Dəfn mərasimində Mursinin ailə üzvləri və vəkillərindən başqa heç kəs iştirak etməyib

Misirin hərbi yolla devrilmiş prezidenti Məhəmməd Mursi dəfn olunub.

AzNews.az xəbər verir ki, onun cənazəsi Qahirənin şərqində, Mədinət-Nəsr ərazisindəki "Müsəlman Qardaşları"nın dəfn olunduğu qəbristanlıqda torpağa tapşırılıb.

Yerli vaxtla saat 05:00-da baş tutan dəfn mərasimində Mursinin ailə üzvləri və vəkillərindən başqa heç kəs iştirak etməyib.

Qeyd edək ki, Məhəmməd Mursi iyunun 17-də məhkəmə zalında vəfat edib.

Xəyalə

AzNews.az