Qəzaya güclü dalğalar və gəminin çox yüklənməsi səbəb olub Qəzaya güclü dalğalar və gəminin çox yüklənməsi səbəb olub

İndoneziyada gəmi qəzası - 15 nəfər öldü

Qəzaya güclü dalğalar və gəminin çox yüklənməsi səbəb olub

İndoneziyanın Yava adasının şimal-şərq sahilləri yaxınlığında sərnişin gəmisinin qəzaya uğraması nəticəsində azı 15 nəfər ölüb, 3 nəfər isə itkin düşüb.

TASS xəbər verir ki, bu barədə yerli polisin rəsmi nümayəndəsi Frans Barunq Manqeranın bəyanatında deyilir.

Onun sözlərinə görə, xilasedicilər çərşənbə axşamı səhər saatlarında 13 nəfərin meyitini tapıblar. Daha əvvəl isə yerli polis və xilasedicilər gəminin iki sərnişinin meyitini aşkar etmişdi. Polis həmçinin üç sərnişinin axtarışlarının davam etdiyini də qeyd edib. Ümumilikdə, xırda gəminin göyərtəsində təxminən 50 nəfər olub.

İlkin versiyaya görə, qəzaya güclü dalğalar və gəminin çox yüklənməsi səbəb olub.(trend.az)

AzNews.az