Hindistanda dəhşətli xəstəlik... - 103 uşaq öldü

Bu barədə BBC yerli rəsmilərə istinadən məlumat yayıb

Hindistanın Bihar ştatında yayılmış ensefalit (infeksion xəstəlik – mikrooqranizmin beyinə keçməsi nəticəsində baş verən beyin iltihabı - red.) xəstəliyindən ölən uşaqların sayı 103 nəfəri ötüb.

Bu barədə BBC yerli rəsmilərə istinadən məlumat yayıb.

Yaşı 10-dan aşağı olan 200-dən çox xəstə bölgənin iki əsas xəstəxanasında ölümlə çarpışır. Səhiyyə rəsmilərinin bildirdiyinə görə, ensefalitli xəstələr arasında ölüm hallarının çoxalması uşaqların hipoqlikemiyadan (qanda aşağı şəkər miqdarı) əziyyət çəkməsi ilə əlaqədardır.

Hindistanın Bihar və Uttar Pradeş ştatlarında ilk ensefalit xəstəliyinin qeydə alındığı tarixdən bəri (1970-ci illərin sonları - red.) minlərlə uşaq həyatını itirib.

İnfeksiya, adətən, musson yağışları mövsümündə baş qaldırır və əhalinin ən həssas təbəqəsinə, başlıca olaraq uşaqlara zərər vurur.(oxu.az)

AzNews.az