Təxliyyə barədə qərar bu gün baş vermiş zəlzələdən sonra qəbul edilib Təxliyyə barədə qərar bu gün baş vermiş zəlzələdən sonra qəbul edilib

Yaponiyada sunami xəbərdarlığı - Zəlzələdən sonra

Təxliyyə barədə qərar bu gün baş vermiş zəlzələdən sonra qəbul edilib

Yaponiyda 6,8 bal gücündə zəlzələdən sonra ölkənin Meteoroloji Xidməti sunami təhlükəsi barədə xəbərdarlıq edib.

İnterfax-ın məlumatına görə, ölkənin şimal hissəsində yerləşən Niiqata, Yamaqata və İsikava prefekturalarından əhali təxliyyə olunur. Təxliyyə barədə qərar bu gün baş vermiş zəlzələdən sonra qəbul edilib.

Meteoroloji Xidmət İsikava istisna olmaqla adıçəkilən ərazilərin mütləq yüksək dalğaların hücumuna məruz qalacağını bildirib. Lakin, proqnozlara əsasən, ciddi dağıntılar və təhlükə gözlənilmir.

Bu gün Bakı vaxtı ilə saat 17:22-də baş vermiş zəlzələnin episentri 10 kilometr dərinlikdə olub. Ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. (Oxu.az)