- Dünyanın halı
- 19 İyun 2019 10:26
- 1 977
Yaponiyada uşaqları cəzalandırmaq qadağan edildi
Yeni qanun gələn il aprelin 1-dən qüvvəyə minəcək
Yaponiya parlamenti uşaqların valideynlər tərəfindən cəzalandırılmasına qarşı mübarizəni nəzərdə tutan qanuna dəyişikliyi qəbul edib.
“RİA Novosti” xəbər verir ki, dəyişikliyə əsasən, ailədə valideynlərin və ya başqa ailə üzvlərinin azyaşlılara cəza olaraq əl qaldırması qadağan edilib.
Qeyd edək ki, yeni qanun gələn il aprelin 1-dən qüvvəyə minəcək.
Qanun dəyişikliyinin səsverməyə çıxarılmasına zəmin ilin əvvəlində məktəbli qızın amansızlıqla qətlə yetirilməsi olub. Uşağını öldürmüş ata polisə verdiyi ifadədə onu “tərbiyələndirmək məqsədilə” döydüyünü bildirmişdi. Ana isə ərinin övladını mütəmadi döyməsinə əngəl olmayıb.(oxu.az)
AzNews.az