Məhəmməd Mursi iyunun 17-də Qahirədə məhkəmə salonunda vəfat edib Məhəmməd Mursi iyunun 17-də Qahirədə məhkəmə salonunda vəfat edib

Mursinin oğlu Ərdoğana təşəkkür etdi

Məhəmməd Mursi iyunun 17-də Qahirədə məhkəmə salonunda vəfat edib

Misirin sabiq prezidenti Məhəmməd Mursinin ailəsi başda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla, çətin anlarında onları tək qoymayan hər kəsə təşəkkür edib.

AzNews.az xəbər verir ki, bu barədə mərhum prezidentin oğlu Abdulla Mursi "Əl-Cəzirə" telekanalına açıqlamasında bildirib.

O, Misir rəhbərliyinə atası üçün başsağlığı mərasimi təşkil edilməsinə icazə vermədiyini, amma Məscidi-Aksada qiyabi cənazə namazı qılındığnı söyləyib.

"Hər kəsə, xüsusilə cənab Ərdoğana, Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Saniyə və atasına, Malayziya hökumətinə və keçmiş Tunis prezidenti Munsif əl-Merzukiyə təşəkkür edirik", - deyə o, açıqlamasında qeyd edib.

Xatırladaq ki, Misirin sabiq prezidenti Məhəmməd Mursi iyunun 17-də Qahirədə, məhkəmə salonunda vəfat edib. Onun halı müttəhim kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında pisləşib və elə oradaca keçinib. M.Mursinin ürək çatışmazlığından öldüyü ehtimal olunur.

Xəyalə

AzNews.az