Poroşenko iki tvitlə Ukraynanın məğlubiyyətini təsvir etdi Poroşenko iki tvitlə Ukraynanın məğlubiyyətini təsvir etdi

AŞPA Rusiyanı geri qaytardı – Zelenski məyus oldu, Poroşenko birliyə çağırdı

Poroşenko iki tvitlə Ukraynanın məğlubiyyətini təsvir etdi

Rusiyanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması "revanşist qüvvələrin hücumu" olub. Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko belə hesab edir.

AzNews.az xəbər verir ki, bu barədə o, Tvitterdə yazıb.

"Beş il ərzində biz beynəlxalq həmrəyliyə nail olmuşuq. Bütün dünya Rusiyaya qarşı birlik və sanksiyaları öz qüvvəsində saxladı. Cəmi bir ay keçib, artıq dünən gecə AŞPA-nın sanksiyaları ləğv edilib", - deyə mayın sonunda dövlət başçısı postunu tərk etmiş siyasətçi bildirib.

"Belə təəssürat yaranır ki, Rusiya təcavüzkar sayılmır, Krım ilhaq edilməyib, Donbas işğal altında deyil. Bizim xalq deputatlarımız Strasburqda birləşərək vuruşdular, ancaq dövlətin diplomatik köməyi olmadan 9-cu rotaya çevrildilər", - Poroşenko vurğulayıb.

O əlavə edib ki, indi birləşmək və Rusiyaya diplomatik cəbhədə qələbə çalmağa imkan verməmək lazımdır.

İyunun 25-də gecə AŞPA-da Rusiyanın Assambleyanın iyun sessiyasında iştirak etməsi üçün qətnamə qəbul edilib. Bununla yanaşı, Rusiya nümayəndə heyətinin səlahiyyət məsələsi də müzakirə olunub.

AŞPA-nın qərarı Kiyev tərəfindən mənfi reaksiya doğurub: Ukrayna Prezidenti Vladimir Zelenski məyus olduğunu, Ukrayna nümayəndə heyəti isə etiraz əlaməti olaraq Assambleyada işini dayandırdığını bildirib.

Babək Göyüş

AzNews.az