"Biz müştərək dini, mədəni mirası bölüşürük" "Biz müştərək dini, mədəni mirası bölüşürük"

Pakistan prezidenti Azərbaycana səfərə dəvət olundu

"Biz müştərək dini, mədəni mirası bölüşürük"

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin prezidenti Arif Alvi ilə görüşüb.

Görüş zamanı dövlət başçısı Azərbaycanla qardaşlıq münasibətlərinə böyük əhəmiyyət verdiklərini qeyd edib.

“Biz müştərək dini, mədəni mirası bölüşürük. Pakistan Azərbaycanla hər iki xalqın xeyrinə münasibətlərini daha da gücləndirməyə çalışır. Fikrimcə, iqtisadi əməkdaşlıq sahəsində ticarət dövriyyəsini daha da artırmaq, enerji və turizm sektorlarına sərmayə yatırmaq baxımdan hələ böyük imkanlarımız var”, - prezident A.Alvi vurğulayıb.

Pakistan iqtisadiyyatının müxtəlif sahələrində əlverişli sahibkarlıq mühitinin olduğunu bildirən səfir Ə.Əlizadə həmçinin dövlət başçısına Azərbaycana səfər etməsi üçün Prezident İlham Əliyevin rəsmi dəvətnaməsini təqdim edib.(report.az)

AzNews.az