Gürcüstan parlamentində bu gün keçirilən plenar iclasda "Vahid Milli Hərəkat" partiyasından olan deputat Nika Melianın mandatının əlindən alınması və toxunulmazlığının ləğv edilməsi məsələsi səsə çıxarılıb. 91 deputat sözügedən qərarın lehinə səs verib Gürcüstan parlamentində bu gün keçirilən plenar iclasda "Vahid Milli Hərəkat" partiyasından olan deputat Nika Melianın mandatının əlindən alınması və toxunulmazlığının ləğv edilməsi məsələsi səsə çıxarılıb. 91 deputat sözügedən qərarın lehinə səs verib

Gürcüstan parlamenti millət vəkilinin həbsinə icazə verib

Gürcüstan parlamentində bu gün keçirilən plenar iclasda "Vahid Milli Hərəkat" partiyasından olan deputat Nika Melianın mandatının əlindən alınması və toxunulmazlığının ləğv edilməsi məsələsi səsə çıxarılıb. 91 deputat sözügedən qərarın lehinə səs verib

Müxalif "Avropalı Gürcüstan" və "Milli Hərəkat" partiyalarının iştirakdan imtina etdiyi sessiyada parlament deputatın həbs edilməsi ilə bağlı Baş prokurorluğun müraciətinə müsbət cavab verib.

Qeyd edək ki, ötən gün Gürcüstanın Baş prokurorluğu Vahid Milli Hərəkat partiyasından olan deputat Nika Melianın həbsi barədə qərar qəbul edib. Prokurorluq qərarın həyata keçirilməsi üçün millət vəkilinin toxunulmazlığının və mandatının ləğv edilməsi haqqında parlamentə müraciət edib.

Nika Melia Tbilisidə Şota Rustaveli prospektində keçirilən nümayiş zamanı baş verən zorakılığı təşkil etməkdə, ona liderlik və iştirak etməkdə günahlandırılır. (APA)