Hadisə bu gün səhər saatlarında baş verib Hadisə bu gün səhər saatlarında baş verib

Maşın çaya düşdü - Yeddi nəfər öldü

Hadisə bu gün səhər saatlarında baş verib

Əfqanıstanın şimal-şərqində yerləşən Bədaxşan əyalətində pikap avtomobilinin çaya düşməsi nəticəsində azı yeddi nəfər həlak olub, dörd nəfər yaralanıb.

Bu barədə Sinxua agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Əyalət qubernatoru agentliyə bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib. Pikap yoldan çıxaraq Amu çayına yuvarlanıb. Onun sözlərinə görə, ölənlər və yaralananlar arasında qadınlar və uşaqlar da var. Zərər çəkənlər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Agentlik, həmçinin qeyd edir ki, dağlıq əyalət olan Bədəxşanda sərt yol şəraiti səbəbindən ölümlə nəticələnən bədbəxt hadisələr tez-tez baş verir.(AZƏRTAC)

AzNews.az