"O, Vaşinqtonu dəyişən Krallığa fərqli şəkildə baxmağa məcbur edəcək" "O, Vaşinqtonu dəyişən Krallığa fərqli şəkildə baxmağa məcbur edəcək"

Səudiyyəli ilk qadın səfir ABŞ-da vəzifəsinin icrasına başladı

"O, Vaşinqtonu dəyişən Krallığa fərqli şəkildə baxmağa məcbur edəcək"

Şahzadə Rima bint Bəndər ben Sultan ben Əbdüləziz Əl Səud Səudiyyə Ərəbistanı Krallığının ABŞ-dakı səfiri vəzifəsinin icrasına başlayıb.

TASS xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin rəsmi nümayəndəsi Fahad Nazir məlumat verib.

Beləliklə, o, Krallığın tarixinə ölkənin xarici diplomatik missiyasına rəhbərlik edən ilk qadın kimi tarixə düşüb.

"Şahzadə Rima dərhal Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı tarixi tərəfdaşlığı gücləndirmək üçün vəzifələrinin icrasına başlayır. O, Vaşinqtonu dəyişən Krallığa fərqli şəkildə baxmağa məcbur edəcək", - deyə F.Nazir deyib.(report.az)

AzNews.az