Tələfat barədə məlumat verilmir Tələfat barədə məlumat verilmir

İndoneziya sahillərində 6,1 bal gücündə zəlzələ oldu

Tələfat barədə məlumat verilmir

İndoneziyanın Bali adası yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir.

Yeraltı təkanlar Cimbaran yaşayış məntəqəsindən 88 km cənub-qərbdə, onun ocağı isə 100 km dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat yoxdur. (APA)