İnsident nəticəsində xəsarət alanların olmayıb İnsident nəticəsində xəsarət alanların olmayıb

Səudiyyə Ərəbistanı Yəmən husilərinə məxsus iki PUA-nı məhv etdi

İnsident nəticəsində xəsarət alanların olmayıb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmən husilərinə məxsus iki pilotsuz uçan aparatı (PUA) məhv edib.

“TASS” agentliyinə istinadən xəbər verilir ki, bu barədə “Al Arabiya” telekanalı hərbi alyansa istinadən məlumat yayıb.

Məlumata görə, husilərin krallıq istiqamətində buraxdıqları PUA-lardan biri Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri tərəfindən hələ Yəmən ərazisində olarkən vurulub. Digər PUA isə Hamis-Muşait sərhəd şəhəri yaxınlığında məhv edilib. Onun qalıqları yaşayış rayonlarından birinə düşüb.

İnsident nəticəsində xəsarət alanların olmadığı qeyd edilir.