Zelenski tələbinin adekvat, real və əlverişli olduğunu bildirib Zelenski tələbinin adekvat, real və əlverişli olduğunu bildirib

Zelenski Rusiya ilə dialoqun əsas şərtini açıqladı

Zelenski tələbinin adekvat, real və əlverişli olduğunu bildirib

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə dialoqun bərpası üçün yeganə vacib şərtini açıqlayıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, dövlət başçısı bildirib ki, Rusiyada həbs olunan ukraynalı dənizçilərin geri qaytarılmasına qədər əlaqələrin normallaşması mümkün deyil. O, bu barədə bir neçə gün öncə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında da onu məlumatlandırdığını vurğulayıb.

Zelenski tələbinin adekvat, real və əlverişli olduğunu da sözlərinə əlavə edib.

Xatırladaq ki, 2018-ci il noyabrın 25-də Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmi Rusiya sərhədlərini pozması iddiası ilə girov götürülüb.

28 noyabrda Simferopol məhkəməsi saxlanılan 24 ukraynalının hamısı barədə həbs qərarı çıxarıb.(report.az)

AzNews.az