Amnistiya ağır və xüsusilə ağır cinayətlər törətməyən şəxslərə şamil edilir Amnistiya ağır və xüsusilə ağır cinayətlər törətməyən şəxslərə şamil edilir

Lukaşenko 6 min məhkumu əfv etdi

Amnistiya ağır və xüsusilə ağır cinayətlər törətməyən şəxslərə şamil edilir

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun faşist Almaniyasının işğalından azad olunmasının 75 illik yubileyi ilə əlaqədar olaraq təxminən 6 min məhkumun əfv olunması barədə fərman imzalayıb.

Bu barədə TASS-a istinadən xəbər verilir.

Sənədə əsasən, amnistiya ağır və xüsusilə ağır cinayətlər törətməyən şəxslərə şamil edilir. Əfv fərmanı yetkinlik yaşına çatmamış uşaqlara, hamilə qadınlara, qadınlara, himayəsində 18 yaşa qədər uşaq olan kişilərə, pensiya yaşına çatmış şəxslərə, I və II qrup əlilliyi, onkoloji xəstəlikləri olan şəxslərə, müharibə veteranlarına, xidmət dövründə yaralanmış, Çernobıl qəzasından zərər çəkən şəxslərə tətbiq olunacaq. (Report)