Qazaxıstanda hərbi təlim meydanında partlayış olub Qazaxıstanda hərbi təlim meydanında partlayış olub

Poliqonda partlayış - Yaralılar var

Qazaxıstanda hərbi təlim meydanında partlayış olub

RİA "Novosti" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, qumbaranın partlaması nəticəsində 2 hərbi qulluqçu yaralanıb. Nazirliyin məlumatına görə, hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

"Ərazidə hərbi hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət operativ istintaq qrupu işləyir. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir. İlkin versiyaya görə, hərbi qulluqçular təhlükəsizlik qaydalarını pozmaları nəticəsində xəsarət alıblar", - deyə nazirlikdən bildirilib.(report.az)

AzNews.az