64 dairədə müstəqil namizədlər üstünlük əldə edib 64 dairədə müstəqil namizədlər üstünlük əldə edib

Zelenskinin partiyası lider oldu

64 dairədə müstəqil namizədlər üstünlük əldə edib

Ukrayna prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası (41,52%) ikinci yerin sahibi Yuri Boykonun “Müxalifətçi platforma – həyat üçün” partiyasından (12,02%) təxminən dörd dəfə çox səs toplayıb.

“RİA Novosti”yə istinadən xəbər verilir ki, bu barədə 10,29% protokolların sayılmasından sonra MSK-nın yaydığı məlumatda deyilir.

Üçüncü yerdə sabiq prezident Petro Poroşenkonun “Avropa həmrəyliyi” partiyası – 8,8% səslə, onun ardınca sabiq baş nazir Yuliya Timoşenkonun “Batkivşina” partiyası – 8,72% səslə, musiqiçi Svyatoslav Vakarçukun “Səs” partiyası isə – 6,37% səslə beşinci yerdə qərarlaşıb.

Belə olan halda, Zelenskinin partiyasından olan namizədlər növbədənkənar parlament seçkilərində 199 birmandatlı dairə üzrə 107 yerə qalib hesab olunur. Daha 64 dairədə müstəqil namizədlər üstünlük əldə edib. “Batkivşina” partiyasından 2 deputat, “Müxalifətçi platforma – həyat üçün” partiyasından 7 deputat, “Avropa həmrəyliyi” partiyasından 2 deputat və “Səs” partiyasından da 2 deputat qələbə qazanır. Digər 3 dairə üzrə səs sayları hesablanır. (APA)