Xanım Lyaşenko seçki bülletenlərinin təkrar hesablanmasını tələb edir Xanım Lyaşenko seçki bülletenlərinin təkrar hesablanmasını tələb edir

Ukraynada deputat seçilən azərbaycanlının başı dərddə - Bülletenləri başqasının adına "yazılır"

Xanım Lyaşenko seçki bülletenlərinin təkrar hesablanmasını tələb edir

İyulun 21-də Ukraynada keçirilən parlament seçkilərində Poltava vilayətinin 148-ci seçki dairəsindən namizədliyini verən azərbaycanlı iş adamı Fəxrəddin Muxtarovun rəqiblərinə qalib gəlməsinə baxmayaraq 2 gündür bülletenlərin təkrar sayılması bəhanəsi ilə onun qələbəsinin başqasının adına çevrilməsinə cəhd olunur.

Bu fikirləri Ukraynada yaşayan tanınmış telejurnalist Möhsüm Qədiroğlu AzNews.az-a açıqlamasında səsləndirib.

O, xatırladıb ki, Fəxrəddin Muxtarov əsas rəqibi olan hakim “Xalqın Xidmətçisi” partiyasının namizədi Anastasiya Lyaşenkoya 4,6 faiz səs çoxluğu ilə qalib gəlib.

O qeyd edib ki, hakim partiyanın namizədi xanım Lyaşenko bütün cəhdlə bu qələbəni özünüküləşdirmək üçün həmyerlimizə qarşı şər və böhtan kompaniyasına başlayıb:

"Guya F.Nuxtarov hakim partiyanın səslərini öz adına yazdırıb. Nə qədər bayağı görünsə də səslərin təkrar sayılmasında F Muxtarovla A.Lyaşenkonun nəticələri eyniləşdirilib. Xanım Lyaşenko seçki bülletenlərinin təkrar hesablanmasını tələb edir. Əgər bu, belə olarsa, əlavə şərhə eytiyac qalmayacaq".

Jurnalist bu hadisəni İstanbulda keçirilən bələdiyyə seçkiləri ilə eyniləşdirib:

"Əslində bu prosesin gedişatı onu deməyə əsas verir ki, həmyerlimiz Fəxrəddin Muxtarovun hörməti və reytinqi bölgədə hakim partiyanın namizədinin reytinqindən yuxarıdır.

F.Muxtarovun haqlı qələbəsi təmin olunsa, o, Ukrayna parlamentində ilk azərbaycanlı deputat adını qazanacaq. Tanınmış iş adamı və xeyriyyəçi F.Muxtarov 2 dəfə Dnepropetrovsk, 1 dəfə də Poltava vilayətinin deputatı olub. Bu seçkilərə qədər o, Poltava vilayətinin deputatı idi".

Möhsüm Qədiroğlu həmyerlimizin haqlı qələbəsinin təmin olunacağına inandığını bildirib:

"O, Ali Radada ilk azərbaycanlı kimi, Azərbaycan-Ukrayna dostluğunun inkişafına dəyərli töhfələr verəcək”.

Babək Göyüş

AzNews.az