İnsident Benqazi şəhərində qeydə alınıb İnsident Benqazi şəhərində qeydə alınıb

Liviyada BMT-nin 2 əməkdaşı öldürüldü

İnsident Benqazi şəhərində qeydə alınıb

Liviyanın şərqindəki Benqazi şəhərində avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində Birləşmiş Millətlər Təşkilatının bu ölkədə fəaliyyət göstərən missiyasının iki əməkdaşı ölüb.

Reuters agentliyinə istinadla xəbər verilir ki, bu barədə məlumatı Liviyada fəaliyyət göstərən həkim qrupu verib.

Agentliyin reportyoru Benqazi hospitalında həlak olan şəxslərin sənədləri ilə tanış olub və onların BMT-nin Liviya Missiyasının (UNSMIL) əməkdaşları olduqlarını müəyyən edib.

UNSMIL-in sözçüsü Jan Al Alam BMT-nin əməkdaşlarının həlak olması xəbəri ilə bağlı sualları cavablandırmayıb.