Məktəbliləri daşıyan avtobus çaya düşdü: 49 nəfər xəsarət aldı - Hindistanda

Hadisə bu gün Mumbainin 100 kilometrliyində baş verib

Hindistanın Maxaraştra ştatının Palqxar əyalətində məktəbliləri daşıyan avtobus çaya düşüb.

Rusiya mətbuatına istinadən verilən xəbərə görə, hadisə bu gün səhər, Mumbainin 100 kilometrliyində baş verib. Qəza nəticəsində 49-dan çox məktəbli xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. (APA)