Təhlükəsizlik qüvvələri terminalın içərisində gözyaşardıcı qazdan istifadə edib Təhlükəsizlik qüvvələri terminalın içərisində gözyaşardıcı qazdan istifadə edib

Hong Kong aeroportunda xaos - reyslər dayandırıldı

Təhlükəsizlik qüvvələri terminalın içərisində gözyaşardıcı qazdan istifadə edib

Dünən gecə Hong Kong aeroportunda uçuş reysləri dayandırılıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, etirazçılar qapılara barrikadalar quraraq polisə mane olmağa çalışıblar. Bu vaxt izdiham arasında olan bir polis məmuru döyülüb. Nəticədə o, nümayişçilərə silah çəkərək xilas olub.

Təhlükəsizlik qüvvələri terminalın içərisində gözyaşardıcı qazdan istifadə edib. Polis 5 adamın hava limanında nəzarətə alındığını, yaralı bir etirazçının isə təcili yardımın daşınmasına mane olduğunu bildirib.

Etirazçılar onun agent olduğunu iddia ediblər. Etirazlar barədə danışan Hong Kong şəhərinin meri Carrie Lam şəhərin təhlükəsiz bir yer olmasını təmin etmək üçün məsuliyyət daşıdığını və zorakılıq dayandırıldıqdan sonra dialoqa başlayacağını söyləyib.

ABŞ prezidenti Donald Trump olayla bağlı öz Twitter hesabında bunları söyləyib:

“Kəşfiyyatımız Çin hökumətinin Hong Kong sərhədinə qoşun göndərdiyini bildirib. Hamı sakit və təhlükəsiz yaşamalıdır".

O, Çin hərbi maşınlarının Hong Kong sərhədinə göndərildiyini göstərən videonu da yenidən yayımlayıb.

Gül Qədirli

AzNews.az