Sürix dünyanın ən bahalı daşınmaz əmlak bazarlarından biri hesab edilir Sürix dünyanın ən bahalı daşınmaz əmlak bazarlarından biri hesab edilir

Bir mənzilə yüzlərlə müştəri çıxdı – 300 metrlik növbə yarandı

Sürix dünyanın ən bahalı daşınmaz əmlak bazarlarından biri hesab edilir

İsveçrənin Sürix şəhərində bir mənzili kirayəyə götürmək üçün yüzlərlə insan növbəyə durub.

AzNews.az bildirir ki, bu barədə “The Local” yazır.

Obyektə bu cür böyük marağı evin olduqca ucuz qiymətə - ayda 1,148 min franka kirayəyə (təxminən 2 min AZN – red.) verilməsi olub. Halbuki, Sürixdə analoji mənzilin orta kirayə qiyməti 2,3 min frank (4 min AZN – red.) təşkil edir.

Məlumata əsasən, mənzilin qarşısında potensial kirayəşinlərdən ibarət 300 metrlik növbə yaranıb.

Qeyd edək ki, Sürix dünyanın ən bahalı daşınmaz əmlak bazarlarından biri hesab edilir.

AzNews.az