İtaliyanın Nazirlər Şurasının sədri Cuzeppe Konte prezident Serjo Mattarelleyə istefası haqqında ərizəsini təqdim edib İtaliyanın Nazirlər Şurasının sədri Cuzeppe Konte prezident Serjo Mattarelleyə istefası haqqında ərizəsini təqdim edib

İtaliyanın baş naziri Cuzeppe Konte istefa verib

İtaliyanın Nazirlər Şurasının sədri Cuzeppe Konte prezident Serjo Mattarelleyə istefası haqqında ərizəsini təqdim edib

Bu barədə Kvirinalsk Prezident Sarayının bəyanatında bildirilir.

"Respublika prezidenti Serjo Mattarella istefa haqqında ərizəni təqdim edən Nazirlər Şurasının sədri, professor Cuzeppe Konteni qəbul edib. Prezident bunu məlumata daxil edib və Konteyə cari vəzifələri yerinə yetirməyə tapşırdı", - deyə prezident administrasiyasının bəyanatında bildirilir.

Bəyanatda həmçinin göstərilir ki, sabah yerli vaxtla saat 16:00-da siyasi məsləhətləşmələr başlayacaq. (Report)