"Bu say Burkina Faso xalqını və hökumətini məyus edir" "Bu say Burkina Faso xalqını və hökumətini məyus edir"

Burkina Fasoda terror hücumu: 24 ölü var

"Bu say Burkina Faso xalqını və hökumətini məyus edir"

Burkina Fasonun şimalında yerləşən Soum əyalətində terror aktı baş verib.

AzNews.az xəbər verir ki, ordudan verilən açıqlamada gecə saatlarında silahlı şəxslərin Koutougou ərazisindəki bazaya hücum etdiyi, 24 əsgərin öldüyü, 7 əsgərin yaralandığı bildirilir.

Açıqlamada hücumu təşkil edənlərə qarşı hava və quru əməliyyatlarına start verildiyi deyilir.

Ölkə prezidenti Roch Mark Kristian Kabore hücumun ardınca yüksək səlahiyyətli hərbçilərlə iclas keçirib.

"Burkina Faso terrorun hədəfi olan bölgələri tək buraxmayacaq. Bu, Koutougou bazasında olan ən çox itkidir. Bu say Burkina Faso xalqını və hökumətini məyus edir", - deyə prezident bildirib.

Qeyd edək ki, son 4 il ərzində Burkina Fasoda terror qruplaşmaları tərəfindən təşkil edilən hücumlarda 500-dən çox insan həlak olub.

Pərvanə

AzNews.az