Öldürülən pakistanlıların dinc sakinlər olduğu bildirilir Öldürülən pakistanlıların dinc sakinlər olduğu bildirilir

Hindistan-Pakistan sərhədində atışma - Ölənlər var

Öldürülən pakistanlıların dinc sakinlər olduğu bildirilir

Hindistan-Pakistan sərhədində növbəti atışma olub.

Bu barədə Pakistanın mətbu orqanı ISPR məlumat yayıb.

Qeyd edilir ki, Kəşmirin nəzarət xəttində baş verən atışmada Hindistanın 6 əsgəri öldürülüb. Atışmada həmçinin Pakistanın da 3 vətəndaşı həlak olub. Öldürülən pakistanlıların dinc sakinlər olduğu bildirilir. Məlumata görə, öldürülənlər arasında 7 yaşlı uşaq da var.

Daha əvvəl də Kəşmirdə Pakistan və Hindistan arasındakı nəzarət xəttində atışma zamanı ən azı üç Pakistan əsgəri və Hindistan Hərbi Qüvvələrinin beş hərbçisi həlak olub.(report.az)

AzNews.az