Müdafiə kompleksi "Eitan" zirehli transpotyoruna quraşdırılır Müdafiə kompleksi "Eitan" zirehli transpotyoruna quraşdırılır

İsrail “Dəmir yumruğ”unu göstərdi - VİDEO

Müdafiə kompleksi "Eitan" zirehli transpotyoruna quraşdırılır

İsrailin "Elbit Systems" şirkəti "Iron Fist" ("Dəmir yumruq") fəal müdafiə kompleksinin sınaqdan keçirilməsinin görüntülərini yayıb.

Müdafiə kompleksi "Eitan" zirehli transpotyoruna quraşdırılır.

"Iron Fist" tank əleyhinə təhdidləri yüksək effektivliklə aradan qaldırır. Videoda tank əleyhinə döyüş sursatlarının necə məhv edildiyi göstərilir. "Dəmir yumruq" onları transportyor və onun heyəti üçün təhdid törətmədən aşkarlayaraq neytrallaşdırır.

Kompleks iki variantda təqdim edilib. Yüngül versiya zirehli transportyor, piyadanın döyüş maşını (PDM) və təminat maşınları, ağır versiya isə tanklar üçün nəzərdə tutulub.

"Iron Fist" kompleksinin quraşdırıldığı "Eitan" zirehli avtomobilləri 2020-ci ildə İsrail ordusunun silahlanmasına qəbul ediləcək.(oxu.az)

AzNews.az