"Pompeonu daha çox özünün şəxsi ambisiyaları maraqlandırır" "Pompeonu daha çox özünün şəxsi ambisiyaları maraqlandırır"

Nazir: “KXDR ABŞ ilə dialoqa da, qarşıdurmaya da hazırdır”

"Pompeonu daha çox özünün şəxsi ambisiyaları maraqlandırır"

Koreya Xalq Demokratik Respublikası (KXDR) Birləşmiş Ştatlar ilə dialoqa da, qarşıdurmaya da hazırdır.

Yonhap agentliyi xəbər verir ki, bunu KXDR-in Xarici İşlər naziri Ri Yon-ho bəyan edib. KXDR rəsmisi bununla bərabər, Vaşinqtonun ölkəsinə tətbiq etdiyi sanksiyaların səhv hesablanmış addımlar olduğunu bildirib.

“ABŞ-KXDR danışıqları üzərində qaranlıq kölgələr var” fikrinə görə Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeonu qınayan Ri Yon-ho əlavə edib ki, Pompeonu Vaşinqtonun xarici siyasətindən daha çox özünün şəxsi ambisiyaları maraqlandırır. Şimali Koreya rəsmisi Vaşinqtonun düşmən münasibətinin davam edəcəyi halda, KXDR-in ABŞ üçün ən böyük təhdid kimi qalacağını xəbərdar edib.

Qeyd edək ki, nüvə silahı ilə əlaqədar KXDR-ABŞ danışıqları fevralda Hanoyda nəticəsiz başa çatıb.(AZƏRTAC)

AzNews.az