Səudiyyə Ərəbistanında şok - Qadın küçədə başıaçıq gəzdi

İcazəsiz ölkə xaricinə getmək də keçən ay ləğv edilib

Səudiyyə Ərəbistanında qadınlar illərdir cəmiyyətdə bir çox qadağalarla yaşayırlar. Ancaq yenə qadınlar bu məsələdə ayağa qalxaraq azadlıqlarını bir-bir geri almağa başlayıblar. Bu çətin mücadilənin qəhrəmanlarından biri olan Mashael el-Jaloud kimi...

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, keçən il qadınların avtomobil sürmək qadağası aradan qaldırılıb. İcazəsiz ölkə xaricinə getmək də keçən ay ləğv edilib.

Hicab geyinmək məcburiyyətində olan qadınlar son aylarda bu qadağanı aradan qaldırmağa başlayıb.

Fransanın AFP agentliyi paytaxt Riyad küçələrində başıaçıq və çarşab geyinmədən gəzən fəal qadınları görüntüləyib.

Özlərini “azadlıqsevər” olaraq tanıdan o qadınlar hər gün küçələrdə başıaçıq gəzdikləri bir neçə saniyəlik görüntülərini sosial mediada paylaşaraq diqqət çəkməyə çalışırlar.

O fəallardan biri 33 yaşlı Mashael el-Jaloud belə deyib:

“Artıq mən həyatımı azad yaşamaq istəyirəm. Heç kimin nə geyinməyimə bir söz deməsinə ehtiyacım yoxdur”.

Səidə Vahid

AzNews.az

image description image description