Onlar sənəd dövriyyəsindən çıxarılır Onlar sənəd dövriyyəsindən çıxarılır

Tayland giriş anketini ləğv edir – Turistlərin nəzərinə

Onlar sənəd dövriyyəsindən çıxarılır

Tayland xaricilər üçün “ağ kartlar” və ya TM6 formaları, yəni bu ölkəyə daxil olmaq üçün lazım olan anketləri ləğv edəcək.

AzNews.az bildirir ki, bu barədə “Khao sot” nəşri ölkənin Baş nazirinin administrasiyasına istinadən yazır.

Qeyd edilir ki, yenilik növbəti üç ay ərzində qüvvəyə minəcək. Belə bir qərar Taylandda daimi yaşayan əcnəbilər və turistlərin həyatını asanlaşdırmaq üçün nəzərdə tutulub.

Məlumata əsasən, bu anketlər Taylandın miqrasiya orqanlarının sənəd dövriyyəsindən tamamilə çıxarılacaq.

Qeyd olunur ki, giriş anketlərindən imtina edilməsinə səbəb turistlərin böyük axını zamanı onların saxlanmasının mümkünsüzlüyü olub.

AzNews.az