O, BMT-nin 74-cü Baş Assambleyasında iştirak edəcək O, BMT-nin 74-cü Baş Assambleyasında iştirak edəcək

Ərdoğan ABŞ-a getdi

O, BMT-nin 74-cü Baş Assambleyasında iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin 74-cü Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər edib.

Dövlət başçısını XİN rəhbəri Mövlud Çavuşoğlu, BMT yanında daimi nümayəndə Ferudin Siniroğlu və Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç qarşılayıblar.

Türkiyə nümayəndə heyətinin tərkibində xəzinədarlıq və maliyyə naziri Berat Albayrak, milli müdafiə naziri Hulusi Akar, ətraf mühit və şəhərsalma naziri Murat Kulum, ticarət naziri Ruhsar Pekcan yer alıblar. (qafqazinfo)

AzNews.az