Bəzi kürd təşkilatları ölkənin maraqlarına zidd olan siyasi qərar qəbul ediblər Bəzi kürd təşkilatları ölkənin maraqlarına zidd olan siyasi qərar qəbul ediblər

Əsəd kürdlərə "yox" dedi

Bəzi kürd təşkilatları ölkənin maraqlarına zidd olan siyasi qərar qəbul ediblər

Dəməşq kürdlərin muxtariyyatını qəbul etməyəcək.

Bunu “Əl Mayadin” televiziyasına müsahibəsində Suriya Prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban deyib. Onun sözlərinə görə, hələlik bunun üçün heç bir əsas yoxdur:

“Suriyanın istənilən regionunda kürdlərin sayı yüksək deyil. Biz heç bir formadan - İraq Kürd Muxtar Vilayətinə bənzər muxtariyyatdan danışa bilmərik.

Belə ki, Suriya çoxlu sayda etnik və dini qatlardan ibarətdir və biz deyə bilmərik ki, kimsə kürddür, kimsə hansısa başqa dindəndir. Kürdlərin əksəriyyəti bizim üçün cəmiyyətimizin dəyərli hissəsidir, lakin bəzi kürd təşkilatları ölkənin maraqlarına zidd olan siyasi qərar qəbul ediblər”. (Axar.az)

AzNews.az