Sənədin elektron fotosurətində Consonun şəxsi imzası yoxdur Sənədin elektron fotosurətində Consonun şəxsi imzası yoxdur

Conson “Brexit”lə bağlı qərar verdi - Aİ-yə imzasız məktub yolladı

Sənədin elektron fotosurətində Consonun şəxsi imzası yoxdur

Böyük Britaniyanın Baş naziri Boris Conson “Brexit”in həyata keçirilməsini 2020-ci il yanvarın 31-i saat 23:00-a (02:00 Bakı vaxtı ilə) kimi uzatmağı xahiş edib.

RİA “Novosti” - nin məlumatına əsasən, bu barədə Avropa İttifaqının rəhbəri Donald Tuska məktubda deyilir.

Bildirilir ki, Aİ və Birləşmiş Krallıq çıxış haqqında sazişi ratifikasiya edə bildikləri təqdirdə, “Brexit” daha erkən həyata keçə bilər.

Məlumata əsasən, məktub parlamentin Baş nazirin qarşısında “Brexit”in vaxtının uzadılması xahişi ilə Aİ-yə müraciət etmək öhdəliyinin qoymağı sözləri ilə başlayır.

Bundan savayı, sənədin elektron fotosurətində Consonun şəxsi imzası yoxdur. (oxu.az)

AzNews.az