Biz "Kemp-Devid" də daxil olmaqla, dərhal başqa variantları axtarmağa başlayacağıqBiz "Kemp-Devid" də daxil olmaqla, dərhal başqa variantları axtarmağa başlayacağıq Biz "Kemp-Devid" də daxil olmaqla, dərhal başqa variantları axtarmağa başlayacağıqBiz "Kemp-Devid" də daxil olmaqla, dərhal başqa variantları axtarmağa başlayacağıq

Tramp G7 sammitinin Mayamidə keçirilməsi ideyasından imtina edib

Biz "Kemp-Devid" də daxil olmaqla, dərhal başqa variantları axtarmağa başlayacağıqBiz "Kemp-Devid" də daxil olmaqla, dərhal başqa variantları axtarmağa başlayacağıq

ABŞ prezidenti Donald Tramp bildirib ki, G7 sammitinin özünün "Trump National Doral Miami" kurortunda keçirilməsi ideyasından imtina edib.

TASS-a xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.

"KİV-in və demokratların ağılsız düşmənçiliyinə görə biz daha sammitin "Trump National Doral Miami"də keçirilməsi ideyasını nəzərdən keçirmirik", - deyə o "Twitter"də şənbə günü yazıb.

"Biz "Kemp-Devid" də daxil olmaqla, dərhal başqa variantları axtarmağa başlayacağıq. Təşəkkür!", - deyə Ağ Ev rəhbəri əlavə edib.

"Mən sammitin keçirilməsi yeri kimi kurortu təklif edərək güman edirdim ki, ölkələr üçün yaxşı nəsə etdim. Bu, beynəlxalq aeroportun yanında yerləşən böyük mehmanxanadır. Binada hər nümayəndə heyəti üçün 50-70 nömrə olardı. ", - Tramp qeyd edib.

G7 sammitinin iyunun 10-12-də "Trump National Doral Miami" kurortunda keçirilməsi planları haqqında Ağ Ev Aparatı rəhbərinin vəzifələrini icra edən Mik Malveni bildirib. (report)

AzNews.az