“Sənə sonra zəng edəcəyəm” “Sənə sonra zəng edəcəyəm”

Klinton Trampa sataşdı - Kennedinin Xruşşova məktubunu açıqladı: “Qucaqlayıram”

“Sənə sonra zəng edəcəyəm”

Amerikanın sabiq dövlət katibi Hillari Klinton Sovet lideri Nikita Xruşşova ünvanlanan zarafatyana məktubu dərc edib.

AzNews.az-ın TASS-a istinadən verdiyi məlumata əsasən, məktub guya ABŞ-ın 35-ci prezidenti Con Kennedi tərəfindən yazılıb.

Qeyd edilir ki, Klinton naməni ABŞ-ın cari prezidenti Donald Trampın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktub üzə çıxdıqdan sonra göstərib.

Kennedinin 1962-ci il 16 oktyabr tarixli məktubunda qeyri-normativ sözlərə yol verilir. Orada ABŞ-ın sabiq prezidenti hamını sevindirmək və Xruşşovu yaxşı hesab etməkləri üçün ondan Kubadan raketləri yığışdırmağı xahiş edir və bildirir ki, o, bunu etmədiyi təqdirdə isə, çoxları Sov.İKP MK-nın Baş katibini nalayiq sözlərlə yada salacaq.

“Arxivdən tapmışam”, - deyə Klinton əlavə edib.

Məktub: “Sənə sonra zəng edəcəyəm. Qucaqlayıram”, - sözləri ilə bitir.