Müttəfiqlər Asiya-Sakit Okean regionunda hərbi qüvvəsini gücləndirəcəklər Müttəfiqlər Asiya-Sakit Okean regionunda hərbi qüvvəsini gücləndirəcəklər

NI Rusiyanın “ən pis kabusu” haqqında yazdı

Müttəfiqlər Asiya-Sakit Okean regionunda hərbi qüvvəsini gücləndirəcəklər

ABŞ müttəfiqlərinə atom sualtı qayıqlarını satmağa başlasa, bu, Rusiya üçün mövcud olan ən pis kabus olacaq.

Bu barədə “The National Interest” jurnalı yazır.

Qəzet qeyd edir ki, Rusiyanın kabusu reallaşarsa, müttəfiqlər Asiya-Sakit Okean regionunda hərbi qüvvəsini gücləndirəcəklər. Məsələn, “Virciniya” sinfinə aid Amerika sualtı qayıqlarının Avstraliyaya çatdırılması bu regionda Çinə qarşı müqaviməti genişləndirməyə kömək edəcək.

“Amerika Birləşmiş Ştatları və Avstraliya birgə bazalaşma, maddi-texniki təminat, təlim və bir çox digər aspektlərdən əhəmiyyətli üstünlüklər əldə edəcək”, - deyə nəşr vurğulayır.

“Rusiyanın ən pis kabusu”, - deyə qəzet yekunlaşdırır. (oxu.az)

AzNews.az