"İran uranı zənginləşdirir" "İran uranı zənginləşdirir"

Tramp İranın “müsbət” və “pis” addımını açıqladı

"İran uranı zənginləşdirir"

ABŞ Prezidentin Donald Tramp 12 ildir itkin olan və İran tərəfindən saxlanılan Federal Təhlükəsizlik Bürosunun agentinin qaytarılmasını istəyir.

AzNews.az xəbər verir ki, o, bu və uranın zənginləşdirilməsi barədə özünün "Twitter" səhifəsində yazıb.

"İranın 12 ildir itkin düşən, saxladığı FTB agenti Robert A. Levinsonu ABŞ-a qaytarması çox müsbət addım olar. Eyni zamanda verilən məlumatlara görə, İran uranı zənginləşdirir. Bu çox mənfi addımdır", - Tramp bildirib.

ABŞ həmin agent haqda məlumat verən şəxsə 200 milyard dollar dəyərində mükafat verəcəyini də açıqlayıb.

Həmçinin 1979-cu ildə İrandakı Amerika səfirliyinin işğal edilməsinin 40-cı il dönümündə iranlı yüksək səlahiyyətli rəsmilərə də sanksiya tətbiq edib.

Pərvanə

AzNews.az