Qəza nəticəsində maşında olan hər iki gənc ölüb Qəza nəticəsində maşında olan hər iki gənc ölüb

Maşın 5 metr uçaraq binanın 2-ci mərtəbəsindən içəri girdi - FOTO

Qəza nəticəsində maşında olan hər iki gənc ölüb

Dünən ABŞ-da səhərə yaxın inanılmaz hadisə baş verib. Maşın ustasına gətirilən 50 min dollarlıq “Porsche”ni usta köməkçisi 23 yaşlı Daniel Foley və onun 22 yaşlı dostu Braden DeMartin qaçırıblar.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sükan arxasında sürəti sevən Braden DeMartin olub. Maşının saatda 262 kilometr sürətlə getdiyi deyilir.

Bir anda nəzarəti itirən maşın öncə səkiyə çırpılıb, daha sonra isə beş metr uçaraq binanın ikinci mərtəbəsinə daxil olub.

Qəza nəticəsində hər iki gənc ölüb.

Polis yaşanan qəza ilə bağlı araşdırmaya başlayıb.

Səidə Vahid

AzNews.az

image description image description