Ölüm faktı əl-Hilyani meydanında qeydə alınıb Ölüm faktı əl-Hilyani meydanında qeydə alınıb

İraqdakı aksiyalarda 4 nəfər həyatını itirdi

Ölüm faktı əl-Hilyani meydanında qeydə alınıb

İraqda davam edən aksiyalarda təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə toqquşma zamanı 4 nəfər aksiyaçı ölüb.

“RİA Novosti” xəbər verir ki, ölüm faktı əl-Hilyani meydanında qeydə alınıb. Onların gözyaşardıcı qazdan, yaxud güllədən öldüyü dəqiqləşdirilir.

Qeyd edək ki, oktyabrın əvvəlindən Bağdadda hökumət əleyhinə kütləvi aksiyalar keçirilir.(qafqazinfo.az)

AzNews.az