Bu barədə ölkənin Xarici İşlər naziri Karen Lonqarik bildirib Bu barədə ölkənin Xarici İşlər naziri Karen Lonqarik bildirib

Boliviya ALBA-nı tərk edir

Bu barədə ölkənin Xarici İşlər naziri Karen Lonqarik bildirib

Boliviya Amerika xalqlarının Bolivarian alyansını (ALBA) tərk edir.

Bu barədə ölkənin Xarici İşlər naziri Karen Lonqarik bildirib. Buna səbəb ölkənin istefaya göndərilmiş Xarici İşlər naziri Dieqo Perinin Nikaraquada vəzifəsinin icrasına davam edəcəyini və ALBA siyasi şurasının iclasında iştirak edəcəyini söyləməsi olub. Lonqark radio efirində “Ölkə alyansdan çıxır və Perinin planları ilə qətiyyən maraqlanmır” deyib.

Qeyd edək ki, Boliviyada keçmiş prezident Evo Moralesin təyin etdiyi səfirlərin 80%-i vəzifədən kənarlaşdırılıb.(qafqazinfo.az)

AzNews.az